Rusiya Azərbaycana yeni metro vaqonları təklif etməyə hazırlaşır | Banco.az

Rusiya Azərbaycana yeni metro vaqonları təklif etməyə hazırlaşır

Rusiyanın iri nəqliyyat maşınqayırması şirkəti olan "Transmaşholdinq" (TMH) Azərbaycana yeni sərnişin vaqonlarının tədarükünü həyata keçirmək niyyətindədir.

Bunu açıqlamasında şirkətin marketinq bölməsinin əməkdaşı Aleksandr Tarasov bildirib.

"Əldə etdiyimiz məlumata görə, "Bakı Metropoliteni" QSC vaqon parkını yeniləməyə hazırlaşır. Biz də bu qurumun elan edəcəyi tender və ya müsabiqədə iştirak edəcəyik", - deyə o, əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, hazırda Bakı metrosunda "Transmaşholdinq" və Fransanın "Alstom" şirkətinin birgə işləyib hazırladığı üç vaqon cütü istismar edilir. Metro qatarları 81-760/761 modeli əsasında istehsal edilib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et