Müəllif:Mehin Qasımova,Banco.az
Rusiya kosmik sahədə iddialı addımlarını davam etdirir.
Banco.az xəbər verir ki, Rusiya mediasının məlumatlara görə, ölkə 2036-cı ilə qədər Ayda elektrik enerjisi istehsal etməyi hədəfləyir. Bu layihə təkcə bir enerji mənbəyi deyil, həm də Rusiyanın Ayda uzunmüddətli mövcudluğunu təmin edəcək strateji bir addımdır.
"Roskosmos" tərəfindən açıqlanan bu layihə, Ayın səthində daimi fəaliyyət göstərən elmi stansiyanın yaradılması planının bir hissəsidir.
Məqsəd birdəfəlik missiyalardan daimi tədqiqat proqramına keçməkdir. Ayda elektrik enerjisinin olması orada yaşayış modullarının və laboratoriyaların fasiləsiz işləməsini təmin edəcək.
2027-ci ildə Yeni Rusiya orbital stansiyasının ilk modulu istifadəyə veriləcək.
