Müəllif - Aida İsaq, Banco.az
“Avropa Ukraynadakı münaqişənin nəticələrindən əziyyət çəksə də, Rusiyada vəziyyət daha yaxşıdır”.
Banco.az xəbər verir ki, bu barədə “Forbes”in məqaləsində bildirilir. Qeyd olunur ki, sanksiyalara baxmayaraq Rusiya iqtisadiyyatı təəccüblü dərəcədə dayanıqlı vəziyyət nümayiş etdirir. Məlumata görə, BVF 2023-cü ildə Rusiyada ÜDM artımının Almaniya və Böyük Britaniyadan daha yüksək olacağını proqnozlaşdırıb.
Nəşrin məlumatına görə, Aİ-də iqtisadi tənəzzül Ukrayna münaqişəsi fonunda enerji qiymətlərinin artması, miqrasiya problemi, yüksək inflyasiya və s. səbəblərlə əlaqədardır. Bildirilir ki, 2022-ci ildə Ukraynanın ÜDM-də 29,1% azalma qeydə alınıb ki, cari ildə bunun daha 3% azalacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!