Rusiya avqustda neft ixracatını azaldacaq | Banco.az

Rusiya avqustda neft ixracatını azaldacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aleksandr Novak ölkəsinin gələn ay xam neft ixracını azaltmağı planlaşdırdığını açıqlayıb.

Banco.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, ölkəsi qlobal neft bazarını tarazlıqda saxlamaq üçün avqust ayında xam neft ixracını azaltmağı düşünür.

Rusiya Baş nazirinin müavinin bu bəyanatı Rusiyanın OPEC+ qrupunda əsas müttəfiqi olan Səudiyyə Ərəbistanının gündəlik 1 milyon barellik könüllü tədarük ixtisarını avqust ayına qədər uzatdığını elan etməsindən dərhal sonra elan edilib.

“Rusiya qlobal bazarlara neft ixracını azaltmaqla avqust ayında könüllü olaraq gündəlik neft tədarükünü 500 min barel azaldacaq”, - bəyanatda deyilir.

Xatırladaq ki, ilin əvvəlində isə Rusiya fevral ayına əsaslanaraq gündəlik neft hasilatını 500 min barel azaltmağa söz vermiş və bu səviyyəni 2024-cü ilə qədər saxlayacağını açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram