Rusiya aviaşirkəti Bakıya reyslərin sayını artırır | Banco.az

Rusiya aviaşirkəti Bakıya reyslərin sayını artırır

Rusiyanın “Utair” aviaşirkəti ölkənin Samara və Sankt-Peterburq şəhərlərindən Bakıya reyslərin sayını artırır.

“Biz görürük ki, Azərbaycana təkcə Moskvadan deyil, regionlardan da turist axını durmadan artır. Sərnişinlərin səyahətini daha da rahat etmək üçün yeni və əlavə reyslər təqdim edirik. İndi şirkət Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan Bakıya birbaşa uçuşlar həyata keçirir. “Utair”in cədvəlinə Gəncə və Naxçıvana uçuşlar da daxildir”, - deyə aviaşirkətin prezidenti Oleq Semyonov bildirib.

Samara-Bakı-Samara istiqamətində uçuşlar cümə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Samaradan təyyarə yerli vaxtla saat 13:00-da qalxacaq, geri dönüş isə saat 16:25-də olacaq.

Sankt-Peterburq-Bakı-Sankt-Peterburq istiqamətində uçuşlar isə bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri təşkil ediləcək. Sankt-Peterburqdan təyyarə saat 10:15-də qalxacaq, geri dönüş isə saat 16:40-da olacaq.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et