Rusiya artıq Çinin ən böyük neft tədarükçüsüdür | Banco.az

Rusiya artıq Çinin ən böyük neft tədarükçüsüdür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya 2018-ci ildən bəri ilk dəfə Çinin ən böyük neft tədarükçüsü olub.

Banco.az xəbər verir ki, dünyanın ən böyük neft idxalçısı olan Çin 2023-cü ildə Rusiyadan 107 milyon ton xam neft alıb.

Bu, gündə təxminən 2,15 milyon barel deməkdir. Ümumi rəqəm isə əvvəlki illə müqayisədə dörddə bir artıma işarə edir.

Çin Səudiyyə Ərəbistanından isə 86 milyon ton neft idxal edib. Bununla da, Rusiya 2018-ci ildən bəri ilk dəfə Çinin 1 nömrəli tədarükçüsünə çevrilib. 

Qeyd edək ki, Çin neft emalı müəssisələri ucuz qiymətə Rusiya xam neftini böyük həvəslə satın alırlar. Məlumatlar göstərir ki, ötən il Çinin Rusiyadan neft idxalı 60,6 milyard dollar təşkil edib ki, bu da orta hesabla bir barel üçün 77 dollara bərabərdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram