Rusiya Almaniyanın "Bosch" şirkətinə məxsus fabriki satın alıb | Banco.az

Rusiya Almaniyanın "Bosch" şirkətinə məxsus fabriki satın alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il Avropa İttifaqında (Aİ) 100 milyona yaxın insan yoxsulluq riski ilə üzləşib.

Banco.az xəbər verir ki, Rusiyanın dövlət törəmə müəssisəsi NAMI, əvvəllər Almaniyanın Bosch şirkətinə məxsus olan "Robert Bosch Samara" adlı fabrikin bütün səhmlərini aldığını açıqlayıb.

Bu barədə “NAMI”dən açıqlama verilib.

Avtomobil hissələrinin istehsal olunduğu Rusiyanın Samara şəhərində fəaliyyət göstərən “Robert Bosch Samara” adlı fabrikə aid bütün səhmlərin “NAMI”yə keçdiyi bildirilən açıqlamada fabrikdə işləyən 107 nəfərin isə işini davam etdirəcəyi bildirilib.

Bəyanatda səhm transferinin qiyməti ilə bağlı təfərrüatlar əks olunmayıb.

Xatırladaq ki, “NAMI” daha əvvəl sanksiyalara görə Rusiya bazarını tərk etməyə qərar verən “Renault”, “Nissan” və “Toyota” şirkətlərinin də istehsal fabriklərini satın almışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram