Rusiya alış-veriş mərkəzinə çevrildi | Banco.az

Rusiya alış-veriş mərkəzinə çevrildi

Rublun avro və dollar qarşısında kəskin ucuzlaşması nəticəsində dünyanın bütün ölkələrindən olan alıcılar ucuz mal almaq üçün Rusiya mağazalarına üz tutub. Xarici ölkələrdən bank kartları vasitəsilə Rusiyadan mal alanların sayı və ticarətin həcmi sürətlə böyüyür.

Məsələ ondadır ki, digər ölkələrin valyutasının dollara milli nəzərən kursu rubl qədər ucuzlaşmayıb. Buna görə də Rusiyanın iri pərakəndə satış mağazalarından on-line sifarişlə eyni malı başqa ölkələrdə (məsələn, Belarus və Qazaxıstan) olduğundan xeyli ucuz qiymətə əldə etmək olur. Alıcılar da bundan istifadə etmək istəyirlər.

Belə ki, 16 GB yaddaşa malik "Iphone 6 Plus” smartfonunu Rusiyada Ulmart.Ru-dan 677 dollara əldə etmək olar. Halbuki, bu məhsul Qazaxstanın Olx.Kz online mağazasında 935 dollar, Belarusun Technoshok.Shop.by on-line mağazasında isə 920 dollardır. Rusiyanın prosessinq şirkətlərinin məlumatına görə, noyabrda Ermənistan, Çin, Belarus, Qazaxıstan, həmçinin digər yaxın və uzaq xarici ölkələrdən olan alıcılar Rusiya mağazalarında xərcləmələri kəskin artırıb (cədvələ bax). Məsələn, ermənilər buna 2013-ci ilin noyabr ayı ilə müqayisədə 123,64%, çinlilər 85,73%, beloruslar 78,31%, qazaxlar 32,51% çox vəsait sərf ediblər.

Belarus və Qazaxıstan sakinləri Rusiyadan daha çox məişət texnikası alırlar - bu istiqamətdə alış-verişin həcmi 120% artıb. Çindən olan alıcılar saat və zərgərlik əşyalarına xüsusi diqqət yetirirlər- bu kateqoriya üzrə 3,9 dəfə artım qeydə alınıb. Qazaxıstandan olan veb-alıcıların sayı ötən ay 2013-cü ilin noyabrına nisbətən 140%, Belarusdan isə 29% artıb. Tranzaksiyaların sayı isə müvafiq olaraq 27% və 32% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Belaruslar və qazaxlar avtomobillərin alışında da fəaldırlar- oktyabrın sonundan onlar bütün alıcıların 60%-ni təşkil edirlər. Avtomobil satışı şirkətləri Qazaxıstan vətəndaşları tərəfindən avtomobillərin alışının sürətlə artması bildiriblər.

Qeyd edək ki, azərbaycanlı kart sahibləri Rusiyadan keçən ay 13 milyon rubla yaxın on-line alış ediblər. Bu keçən ilin noyabrına nisbətən 19% çoxdur. Bu göstəriciyə görə, respublikamız yaxın xaric kateqoriyasında olan ölkələr üzrə 4-cü yerdədir.

Ermənistan isə 9,4 milyon rublluq alışla 5-ci yeri tutur. Keçən ilə nisbətən ən yüksək artım tempi bu ölkəyə məxsusdur- 123% (!). Ən böyük on-line alış Avstriyaya məxsusdur- 181,64 milyon rubl. Bu keçən ilə nisbətən 27,7% çoxdur.

xezerxeber.com

Ən sərfəli krediti almaq üçün müraciət et