Rusiya Aİ-nin taxıl tədarükçülərinin ilk beşliyinə qayıdıb | Banco.az

Rusiya Aİ-nin taxıl tədarükçülərinin ilk beşliyinə qayıdıb

Müəllif:Mehin Qasımova/Banco.az

Sentyabrda Avropa İttifaqı (Aİ) Rusiyadan maksimum taxıl alıb və  ölkə il yarımda ilk dəfə ən böyük beş tədarükçü sırasına daxil olub.

Banco.az  xəbər verir ki, bu barədə Eurostat məlumat yayıb.

Məlumata  görə, Aİ Rusiya taxılının alışını - ayda 22%, ildə 10 dəfə  artıraraq 180 min tona çatdırıb. Bu həcm bir il yarım ərzində maksimum göstərici hesab olunur. Beləliklə,  Rusiya Avropa İttifaqına taxıl ixrac edən dördüncü ölkə olub.

Eyni zamanda, Ukrayna Aİ-yə taxıl idxalına görə birinci yeri tutub. Ay ərzində tədarüklər 1% artıb.

İkinci yerdə ay ərzində tədarükünü 1,1 milyon tona çatdıran Braziliyadır. Üçüncü yerdə Türkiyədir (204 min ton taxıl, ayda +4%). Beşinci yerdə isə  Kanadadır. (139 min ton).

Ən sərfəli kredit üçün müraciət et

Bir müddət öncə Rusiya prezidenti Vladimir Putin Moskvanın taxıl ixracı ilə bağlı bütün öhdəlikləri  yerinə yetirməyə hazır olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et