Rusiya Aİ-nin maksimal qiymət qərarını tanımayacaq | Banco.az

Rusiya Aİ-nin maksimal qiymət qərarını tanımayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Avropa İttifaqı (Aİ) ölkələrinin yuxarı qiymət həddi ilə bağlı qərarını tanımayacaq.

Banco.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlama zamanı Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinə 60 dollar maksimal qiymət tətbiq edilməsi üzrə əldə olunan razılaşmanı qiymətləndirib.

Qərarın qlobal enerji bazarlarına mənfi təsir göstərəcəyini söyləyən Peskov, "Rusiya iqtisadiyyatı xüsusi hərbi əməliyyatın bütün tələblərini qarşılamaq gücünə malikdir. Ancaq bu addımlar (yuxarı qiymət həddi) qlobal enerji bazarında sabitliyin pozulması baxımından mütləq şəkildə təsirsiz ötüşməyəcək”, deyə fikrini əsaslandırıb.

Rusiyanın sözügedən qərara cavab verib-verməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov, "Bununla bağlı müvafiq qərar hazırlanır. Heç bir maksimal qiyməti tanımayacağımız aydındır”, deyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et