Müəllif - Aida İsaq, Banco.az
Ötən ilin may ayında Rusiya neftinin Asiya ölkələrinə tədarükü ilk dəfə olaraq Avropaya ixracı üstələyib.
Banco.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. A.Novakın sözlərinə görə, ötən ilin yekunlarına əsasən, “dost” ölkələrə neft ixracının artımı 76%, neft məhsullarının ixracı 20%, boru kəməri qazı və LNG ixracı isə 8% təşkil edib.
Bundan başqa o, “Şərqi Sibir-Sakit Okean”, “Sibirin Gücü” və “Yamal LNG” boru kəmərləri kimi Asiyada mövcud enerji infrastrukturunun böyük həcmdə enerji resurslarının sürətlə yönləndirilməsinə dəstək rolu oynadığını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!