Rusiya ağ ət məhsullarının ixracına qadağa qoyub | Banco.az

Rusiya ağ ət məhsullarının ixracına qadağa qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyadan növbəti ixrac qadağası gəlib.

Banco.az xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi daxili bazarda qiymətləri sabitləşdirmək üçün bəzi ağ ət məhsullarının ixracına müvəqqəti qadağa qoyulmasını təklif edib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin hökumətə təqdim etdiyi layihəyə əsasən, müxtəlif ağ ət məhsulları və yumurtaların ixracının 6 ay müddətinə dayandırılması təklif edilib.

Qeyd edək ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, son bir ildə ölkədə ağ ət məhsullarının qiymətində 25,3 faiz artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et