Müəllif: Tamara Mustafayeva, Banco.az
Putin: Rusiya Afrikaya taxıl ixrac edə biləcək.
Banco.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz keçməsini təmin edən taxıl dəhlizi sazişindən çıxdıqdan sonra Afrika qitəsinin ehtiyac duyduğu taxılı özləri ixrac edə bilərlər.
Kremlin saytında dərc olunmuş məqalə ilə çıxış edən Putin bəyan edib ki, Moskva Afrikaya qismən kommersiya əhəmiyyətli, qismən də pulsuz taxıl ixrac edə bilər.
Putin məqaləsində bu il rekord məhsul gözlədiklərini də qeyd edib.
Xatırladaq ki, bu həftə Rusiyanın Sankt-Peterburq şəhərində ikinci Rusiya-Afrika sammiti keçiriləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!