Rusiya Afrikaya pulsuz taxıl göndərəcək | Banco.az

Rusiya Afrikaya pulsuz taxıl göndərəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dmitri Patruşev paytaxt Moskvada jurnalistlərə Rusiyanın bir müddət əvvəl elan etdiyi Afrikanın bəzi ölkələrinə pulsuz taxıl daşınması barədə məlumat verib.

Banco.az xəbər verir ki, Rusiyanın Kənd Təsərrüfatı naziri Dmitri Patruşev Afrikanın bəzi ölkələrinə pulsuz taxıl daşımalarına başlanıldığını və ayın sonunda iki gəminin Somali və Burkina Fasoya çatacağını açıqlayıb.

Sözügedən daşınmaların başladığına diqqət çəkən Patruşev bunları deyib:

“Hər biri 25 min ton olan ilk iki gəmi Somali və Burkina Faso istiqamətində Rusiya limanlarını tərk edib. Noyabrın sonu və dekabrın əvvəllərində onun təyinat yerinə çatacağını gözləyirik.”

Patruşev qeyd edib ki, ilin sonuna kimi Mali, Mərkəzi Afrika Respublikası və Eritreyaya da daşımalara başlanılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin iyulun 27-də verdiyi açıqlamada Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 25-50 min ton taxıl göndərəcəklərini söyləmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et