Rusiya Afrika ölkələrinin 23 milyard dollar borcunu silib | Banco.az

Rusiya Afrika ölkələrinin 23 milyard dollar borcunu silib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Putin: Afrika ölkələrinin 23 milyard dollar dəyərindəki borcunu silmişik.

Banco.az xəbər verir ki, Rusiyanın prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammiti çərçivəsində baş tutan Afrika ölkələri liderlərinin görüşündə çıxış edib.

Bəzi ölkələrin maliyyə, texnologiya və qida kimi sahələrdə monopoliyaya çevrilməsinin qəbuledilməz olduğunu vurğulayan Putin, “Buna qarşı mübarizə aparılmalıdır. Sovet İttifaqı Afrikada çoxlu müəssisələr, elektrik stansiyaları və polad zavodları tikdirmişdi. Biz bu təcrübəyə qayıtmalıyıq. Biz bunu həm ikitərəfli əsasda, həm də beynəlxalq platformalar vasitəsilə edəcəyik”, deyə əlavə edib.

Putin Afrikanın əhəmiyyətinin günü-gündən artdığını vurğulayaraq sanksiyalara baxmayaraq, Rusiyanın Afrikaya kənd təsərrüfatı məhsulları ixracının davam etdiyini bəyan edib.

O, daha sonra Afrika ölkələrinin Rusiya tərəfindən silinən borcunun indiyədək 23 milyard dollara çatdığını və ölkəsinin son müraciətlərə əsasən, bu məqsədlər üçün əlavə 90 milyon dollar ayıracağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram