Müəllif - Aida İsaq, Banco.az
Rusiya 2022-2023-cü kənd təsərrüfatı ilində 55-60 milyon tona qədər taxıl ixrac edəcək.
Banco.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin federal məclisdə çıxışı zamanı deyib. Prezident müvafiq həcmin 10-15 il əvvələ qədər qeyri-real səsləndiyini qeyd edərək, rusiyalı fermerlərin rekord həddə 150 milyon ton taxıl, o cümlədən 100 milyon tondan çox buğda yığıımını həyata keçirdiyini bildirib.
Qeyd edək ki, 2022-ci ildə Rusiyada xalis çəkidə taxıl və paxlalı bitkilərin məhsulu 153,8 milyon ton təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!