Müəllif - Aida İsaq, Banco.az
Moldovada bir çox yaşayış məntəqələri işıqsız qalıb. Paytaxt Kişinyovda və digər iri şəhərlərdə fasilələr qeydə alınıb.
Banco.az xəbər verir ki, ilkin məlumatlara görə, Moldova Rumıniyadan elektrik enerjisi almağı dayandırıb. Beləliklə noyabrın 15-də saat 18:00 radələrində Moldovada bir sıra yaşayış məntəqələri işıqsız qalıb.
Vətəndaşlar həm ölkənin şimalında - Droki, Briçeni, Edinet və Balti rayonlarında, həm də cənubda Komrat, Kantemir, Cahulda işıqların kəsilməsindən şikayət edirlər.
Moldovanın baş nazirinin müavini Andrey Spinu məsələyə bu cür aydınlıq gətirib:
"Ölkəmiz üçün elektrik enerjisinin nəqlini təmin edən ötürücü xətlərdən biri avtomatik olaraq söndürülüb. Bu, bütün ölkə ərazisində elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə səbəb olub. Xəttlər zədələnməyib, təhlükəsizlik məqsədilə avtomatik olaraq kəsilib”.
Bizi sosial şəbəkələrdən izləyin!!