Müəllif: Gülnar Əhmədli, Banco.az
Rumıniya 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 280 milyon 129 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Rumıniyanın idxal etdiyi neftin həcmi isə 500 min 350 ton təşkil edib.
Rumıniyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 4 ayına nisbətdə 67 milyon 893 min dollar və ya 32%, miqdarı isə 45,3% artıb.
Qeyd edək ki, yanvar-aprel aylarında ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (4.4 milyon ton) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!