Müəllif: Gülnar Əhmədli, Banco.az
Rumıniya 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 559 milyon 691 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Rumıniyanın idxal etdiyi neftin həcmi isə 1 milyon 43 min 111 ton təşkil edib.
Rumıniyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 11 ayına nisbətdə 191 milyon 139 min dollar və ya 51,9%, miqdarı isə 419 min 581 ton və ya 67,3% artıb.
Qeyd edək ki, yanvar-noyabr aylarında ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (12,7 milyon ton) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
