Rublun yaxın zamanda məzənnəsi necə olacaq? | Banco.az

Rublun yaxın zamanda məzənnəsi necə olacaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rusiyada analitiklərin və iqtisadçıların fikrincə, yaxın gələcəkdə rublun məzənnəsi dollar ilə müqayisədə  87-94 rubl səviyyəsinə yüksələcək.

Banco.az xəbər verir ki, ekspertlərin qənaətinə görə, xarici valyuta gəlirlərinin məcburi satış tələbinin yumşaldılması rublun məzənnəsini aşağı, iqtisadi cəhətdən mümkün səviyyələrə yaxınlaşdıra bilər.

Rublun gələcək məzənnəsi barədə açıqlama verən Sovkombankın baş analitiki Mixail Vasilyev bildirib ki, tarixən Rusiya ixracatçıları valyuta gəlirlərinin yeni həddi olan 60%-dən daha çox hissəsini satıblar:

Ən sərfəli kredit üçün müraciət et

“Rusiya Mərkəzi Bankının 2023-cü ilin yanvar-sentyabr aylarına olan məlumatına görə, xarici valyuta satışının Rusiya ixracatçılarının xarici valyuta ixrac gəlirlərinə nisbətinin orta dəyəri təxminən 73% təşkil edib. Rublun belə möhkəmlənməsi (yuan 11 rubldan, dollar 80 rubl civarına düşüb) Rusiya iqtisadiyyatı və büdcəsi üçün sərfəli deyil.
Buna görə də səlahiyyətlilər rublun məzənnəsini son səkkiz ayda olan diapazonlara qaytarmaq üçün müxtəlif alətlərdən istifadə etdilər”. 

İqtisadçıların analizlərinə görə, valyuta alışının məbləği fərdi olaraq müəyyən edilməlidir, çünki hər kəsin istehlak strukturu fərqlidir.