Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Dövriyyədə pul kütləsinin çatışmazlığı fonunda əsas məzənnənin artması milli valyutanın devalvasiya riskini artırır”.
Banco.az xəbər verir ki, bu barədə Rusiya iqtisad elmləri doktoru, Dövlət Dumasının deputatı Mixail Delyaqin deyib.
Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankının rəhbərliyinin pul siyasətinin sərtləşdirilməsi və yenidən maliyyələşdirmə dərəcəsinin artırılması ilə bağlı son qərarı 2024-cü ilin avqustunda rublun devalvasiyasına səbəb ola bilər.
“İlin birinci yarısında büdcənin icrası inanılmaz dərəcədə yaxşı idi. Son bir ayda hətta profisit də var idi. Ona görə də ola bilsin ki, Maliyyə Nazirliyi Mərkəzi Banka təzyiq göstərməyə tələsməyəcək”, - Delyagin bildirib.
Bununla yanaşı, iqtisadçı rublun ucuzlaşmasının yaxın gələcəkdə baş verə biləcəyini də istisna etməyib. Bu, əsas məzənnənin artması fonunda real sektordan pulun valyuta bazarına sıxılması ilə bağlı olacaq, deyə deputat yekunlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!