Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Ötən həftə rublun məzənnəsindəki dəyişkənlik səviyyəsi bazarın parçalanması davam etdiyi üçün yüksək olaraq qaldı.
Banco.az xəbər verir ki, banklararası bazarda dolların məzənnəsi 91,5 rubl səviyyəsini keçib. Rusıya Mərkəzi Bankının məlumatına görə, bu digər həftələrlə müqayisədə üç faizdən çox zəifləmək deməkdir.
Ötən həftə Çin yuanının məzənnəsi ucuzlaşıb. Buna səbəb ABŞ-nin Moskva birjasına qarşı sanksiyaların tətbiqi olub. Nəticədə valyuta bazarında parçalanma baş verib.
Ekspertlər qeyd edib ki, 2024-cü il avqustun 26-dan sentyabrın 1-dək vergi dövrü rublun daha da zəifləməsinin qarşısını ala bilər. Hesablamalara görə, dolların məzənnəsi çox güman ki, 90,5-92 rubl diapazonunda olacaq.