Rublun taleyi ilə bağlı bədbin proqnoz: “Yenidən zəifləməyə başlayacaq” | Banco.az

Rublun taleyi ilə bağlı bədbin proqnoz: “Yenidən zəifləməyə başlayacaq”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bir müddətdir “dirilən” rublun vəziyyəti ilə bağlı yenidən mənfi proqnozlar verilməyə başlanılıb.

Bu barədə açıqlama verən iqtisadçılar hesab edirlər ki,  Rusiyanın milli valyutası Qərbin yeni sanksiyalar paketi, eləcə də idxaldan yaranan  yüksək daxili tələbin təzyiqi altındadır.

Banco.az xəbər verir ki, “Alfa-Bank”ın baş iqtisadçısı Natalya Orlova bildirib ki, hesablamalarına görə, dekabr ayında Rusiya valyutasının məzənnəsi bir dollar üçün 90-95 diapazonuna qayıdacaq.

Noyabrın 23-də Moskva birjasında rubl müvafiq olaraq bir dollar üçün 88,35 və avro üçün 96,38 səviyyəsinə qədər möhkəmlənib. Bir gün sonra keçirilən hərracda isə iyunun 30-dan bəri ilk dəfə olaraq rubl 88 diapazonunu ötüb. 

Maliyyə analitiki, Mixail Belyaev hesab edir ki, hazırda rubla bir neçə amil təsir edir:

“Birincisi, ixracatçılar valyuta gəlirlərini repatriasiya etmək və satmaq məcburiyyətində idilər. Nəticədə  bazara axın rubla tələbi artırdı. Ancaq bu, əl ilə tənzimləmənin klassik üsulu sayılır, yəni bu gün işləyir, sabah işləmir.

İkincisi, hazırda dollar qarşısında möhkəmlənən rubl dünya valyutalarına nisbətən zəifləyir. Bununla belə, tendensiya tezliklə tərsinə dönəcək. Problem ondadır ki, Mərkəzi Bankın 15%-lik əsas faiz dərəcəsi üçüncü rübdə qeydə alınan kifayət qədər yüksək ÜDM artım templərinin saxlanmasına heç bir şəkildə kömək etmir və özlüyündə məzənnəyə heç bir təsir göstərmir.

Ən sərfəli kredit üçün müraciət et

Analitikin sözlərinə görə, ilin sonuna qədər rubl 90-91 civarında dəyişəcək, yanvarda isə yenidən zəifləməyə başlayacaq.

“Manual rejimdə səlahiyyətlilər yalnız məzənnəyə təsir edən bazar amillərinə nəzarət edə bilərlər. Bizə valyuta satmaq kimi səthi addımlar yox, iqtisadiyyatı stimullaşdırmaq üçün sistemli siyasət lazımdır”.

“Freedom Finance Global” ın aparıcı analitiki Natalya Milçakova isə qeyd edib ki, Qərbin təzyiqi altında olan rublun indiki vəziyyətini saxlamaq asan olmayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et