Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rublun bir dollar üçün 100 rubla qədər zəifləməsinin altı mümkün səbəbləri açıqlanıb.
Banco.az xəbər verir bu barədə “BitRiver”in maliyyə analitiki Vladislav Antonov danışıb. O bildirib ki, Rusiyanın əsas gəlir əldə etdiyi enerji resurslarının qiymətlərinin azalması valyuta gəlirlərinin azalmasına səbəb olacaq:
“İkincisi, ixracatçılar tərəfindən xarici valyuta satışının həcminin azalması və idxalçılar tərəfindən ona tələbatın artması nəticəsində valyuta bazarında balanssızlıq yaranacaq. Üçüncüsü, Mərkəzi Bank fevralın 6-dan sonra Milli Rifah Fondundan valyuta satışını azaldacaq. Bu da ki, valyuta təklifini azalması deməkdir. Dördüncüsü, ilin əvvəlində dövlət xərclərinin artması büdcə kəsirinin çoxalmasına səbəb olacaq. FED-in 1-ci rübdə yüksək faiz dərəcələrini saxlaması gözləntiləri ilə ABŞ dövlət istiqrazlarının gəlirliliklərinin artması səbəbindən dolların möhkəmlənməsinə səbəb ola bilər.
Sonuncu səbəb də odur ki, 2-3 görüş ərzində ikinci rübdən inflyasiyanın yavaşlaması ilə Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsinin illik 10-12%-ə qədər mümkün azalması nəticəsində rubl aktivlərinin cəlbediciliyi azalacaq”.
Hazırda valyuta bazarında dollar 91 rublu keçib, avro isə 99 rubl civarına qalxıb. Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Rublun mövqeyi daha güclü idi.
Bizi sosial şəbəkələrdən izləyin!!