Rubl yenidən dəyərsizləşir | Banco.az

Rubl yenidən dəyərsizləşir

Bazar ertəsi rublun məzənnəsi əsas dünya valyutalarına nisbətdə yenidən aşağı düşüb.

Dollara nisbətdə rublun kursu bir gün ərzində 3 faiz – avroya nisbətdə 3,5 faizədək azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Moskva vaxtilə 18:30-da dollara 66,23 rubl təklif edilib. Axşam sessiyasında avronun kursu 74,71 rubl səviyyəsində qərarlaşıb. 

Rusiya birja indeksləri də qiymətdən düşməkdə davam edib. Moskva Banklararası Valyuta Birjasının indeksi 2% azalıb. 

RTS dollar indeksi isə dəyərinin 5 faizini itirib.

Ən sərfəli krediti almaq üçün müraciət et