Rubl satanların sayı azalıb | Banco.az

Rubl satanların sayı azalıb

Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində bu ilin sentyabr ayında kommersiya banklarına xalis rubl satışı 903,672 mln. RUB təşkil edib. 

Azərbaycan Mərkəzi Bankının verdiyi xəbərə görə, əhali 2016-cı ilin ilk 9 ayında kommersiya banklarına 6 907,797 mln. rubl xalis satış həyata keçirib. Avqust ayında əhali banklara 1 014,898 mln. rubl xalis satış reallaşdırıb. Bununla da sentyabrda əhalinin kommersiya banklarına xalis rubl satışı avqust ayı ilə müqayisədə 11% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Keçən ilin sentyabr ayında bankların əhalidən xalis rubl alışı isə 687,43 mln. RUB təşkil edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et