Rubl qısa müddətə “dirilə” bilər | Banco.az

Rubl qısa müddətə “dirilə” bilər

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Yeni il tətilləri rəsmi olaraq başa çatdıqdan sonra Rusiya milli valyutası rublun vəziyyəti qısamüddətli olsa da düzələcək”.

Banco.az xəbər verir ki, bu açıqlamanı “BitRiver”in maliyyə analitiki Vladislav Antonov edib. O hesab edir ki, iş həftəsinin əvvəlində valyuta gəlirlərini satmağa borclu olan ixracatçılar bazara qayıdacaq. 

“Nəticədə, Rusiya Bankı əməliyyatları çərçivəsində xarici valyuta satışını artıracaq. Bütün bunlar müsbət ticarət saldosu və balanslaşdırılmış fiskal siyasətlə birlikdə rublu dəstəkləyəcək. Düşünürəm ki, məzənnə bir dollar üçün 90 rubl səviyyəsindən aşağı düşə bilər”.

Qeyd edək ki, bir müddət əvvəl maliyyə analitikləri bildirmişdilər ki, 2024-cü ildə ruslar üçün qızıl və Amerika dolları ili olacaq.

Xatırladaq ki, Rusiya Federasiyasının Mərkəzi Bankı ilin sonuna doğru uçot dərəcəsini 16%-ə qaldırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram