“Rolls-Royce” şirkəti ötən il tarixində üçüncü ən yüksək satış həcminə nail olub | Banco.az

“Rolls-Royce” şirkəti ötən il tarixində üçüncü ən yüksək satış həcminə nail olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Rolls-Royce” 2024-cü ildə tarixində üçüncü ən yüksək satış həcminə nail olub.

Banco.az xəbər verir ki, “Rolls-Royce Motor Cars” Qudvuddakı istehsal müəssisəsini genişləndirmək üçün 300 milyon funt sterlinqdən çox investisiya etdiyini açıqlayıb. 

Markanın 2024-cü il performansı xüsusi istehsalat (Bespoke) üçün tarixi bir il və şirkət tarixində üçüncü ən yüksək satış rekordunu göstərərək markanın ən mürəkkəb, fərdi və qiymətli əl işləri olan lüks məhsulları ilə müştərilərinə dəyər yaratma strategiyasını təsdiqləyir.

“Rolls-Royce” fabrikin 1 yanvar 2003-cü ildə açılmasından bəri həyata keçirilmiş ən böyük birdəfəlik investisiya ilə istehsal müəssisəsini tamamilə batareya ilə işləyən elektrikli nəqliyyat vasitələri (BEV) gələcəyinə keçid üçün də hazır vəziyyətə gətirir. 

Gündə 28 avtomobil istehsal edilir

Ən sərfəli kredit üçün müraciət et

Qudvudda ilk vaxtlar təxminən 300 nəfər işlə təmin edilirdi və gündə yalnız bir avtomobil istehsal olunurdu. Son 20 ildə bu istehsal müəssisəsində daxili olaraq mühüm dəyişikliklər baş versə də, bina böyük ölçüdə eyni qalmış, işçilərin sayı 8 dəfə artmış və marka gündə 28 avtomobilə qədər istehsal etməyə başlamışdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram