Rok ulduzu, yoxsa CEO? | Banco.az

Rok ulduzu, yoxsa CEO?

1980-lərin “hard rock”-çuları yaddaşlarda biznes fəaliyyətindən daha çox çılğın saç düzümləri və qəribə həyat tərzləri ilə qalmışdılar. Lakin həmkarlarından fərqli performans ortaya qoyan Sammy Hagar, 10 illik musiqi karyerasını biznes fəaliyyətinə dəyişdirdi. Onlarla milyon dollar qazanmaqla Sammy hər kəsə limitlərin olmadığını sübut etdi. Kiçik başlanğıclardan, beynəlxalq nailiyyətlərə qədər Red Rocker-in ulduzu pul menecmenti bacarıqları, sahibkarlığa olan dərin arzusu sayəsində dünyanın ən varlı musiqiçilərindən biri oldu.

Kaliforniyada, olduqca kasıb bir ailədə dünyaya göz açan Hagar, biznes bilikləri üçün anasına borcludur. Anası Sammy-yə tez-tez, musiqidən qazandığı pulu düzgün investisiya etməsini məsləhət görürdü. Əgər həmin dövrə nəzər salsaq aydın şəkildə görə bilərik ki, əfsanəvi rok ulduzların əksəriyyəti ya narkotik, ya da spirtli içki təsiri altına düşərək həyatlarını məhv etmişlər. Yəni görünən odur ki, hər super qəhrəmanın arxasında ana dəstəyi dayanır.

Montrose qrupunda uğur qazandıqdan sonra öz qaynı ilə əməkdaşlıq edərək, bir yaşayış kompleksi üçün yatırım etdi. Ardından, şəxsi turizm agentliyini quran Sammy, bütün bunların sadəcə başlanğıc olduğundan hələ xəbərsiz idi. Montrose qrupundan ayrıldıqdan sonra solo karyerasına başlayan Sammy-nin illik gəliri 3 milyon dollar idi. Lakin o, qazandığı pulları musiqi və biznes arasında balansda saxlamağa çalışırdı. 1987-ci ildə Kaliforniyanın ən reytinqli və sevilən velosiped mağasını açmaqla biznesini daha da genişləndirdi. Lakin iş dünyasında olan bütün bu uğurlar, əks effektlə onun musiqi karyerasını bir müddət üçün dayandırmağa sövq etdi. Qısa  zaman sonra o musiqisiz yaşaya bilməyəcəyini anladı və Van Halen qrupuna qoşulmaqla o, musiqi karyerasını zirvəyə daşıdı. Mexiko şəhərindəki konsertlər zamanı heç bir havalandırması, televizoru və telefonu olmayan otellərdən təsirlənərək, tekila barı açmağa qərar verməsi, onun həyatının ən düzgün qərarı idi. 1990-cı ildə bar müştərilərin xidmətinə verildi və Amerikan Milli Brendi olaraq məşhurlaşdı. O qədər məşhurlaşdı ki, 2010-cu ildə bar 91 milyon dollara satıldı. Red Rocker-dən qazandıqlarını 120 milyon dollara qədər artıran Sammy aeroport restoranlarından gələn bütün gəlirləri xeyriyyə üçün ayırmışdı. Bununla bərabər getdiyi bütün şəhərlərin ərzaq banklarına yardımlar edərək, ərzaq bankları haqqında ictimai məlumatı artırmağa çalışır. Hazırda 70 yaşında olan rok ulduzu, insanlar üçün məhdudiyyətlərin olmadığını həyat hekayəsi ilə çox səlis şəkildə anlatdı.

Ən sərfəli kredit üçün müraciət et

Biznes mühiti sürətlə dəyişən bir anlayışdır. Və yeniliklərə ən tez uyğunlaşanlar, ən tez fürsətləri görənlərdir. S. Hawking-in dediyi kimi: “Ağıllılıq dəyişikliklərə uyğunlaşmaq qabiliyyətidir.”

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et