Roche qrupunun satışları 2019-cu ilin doqquz ayı ərzində 10 faiz artaraq 46,1 milyard İsveçrə frankı səviyyəsinə çatıb və şirkət bu ilə dair proqnozlarını üçüncü dəfə qaldırıb.
Dünyanın ən böyük biotexnologiya şirkətlərindən biri olan Roche, 2019-ci ilin ilk doqquz ayına dair maliyyə nəticələrini açıqlayıb.
Roche-dən verilən məlumata görə, şirkətin qrup satışları ötən ilin 9 ayı ilə müqayisədə bu ilin 9 ayında 10% artaraq 46,1 milyard İsveçrə frankı səviyyəsinə çatıb. Qrupun Dərman hissəsinin satışları 12 faiz artımla 36,6 milyard İsveçrə frankı səviyyəsinə qalxıb, Diaqnostika hissəsinin satışları isə 4 faiz yüksələrək 9,5 milyard İsveçrə frankı təşkil edib.
Açıqlamada fikirlərinə yer verilən "Roche" Qrupunun İcraçı direktoru Severin Schwan, şirkətin, ilin doqquz ayında çox güclü bir artım qeyd etdiyini bildirib: "Xəstələrə təqdim təqdim etdiyimiz innovativ müalicə vasitələrimiz ilə onların həyatında fərq yaratmağa davam edirik. Yeni xəstəlik sahələrinə uğurla giriş edirik və ağır xəstəliklərlə yaşayan daha çox xəstəyə fayda vermək üçün əhəmiyyətli yeni müalicə variantları təqdim edirik".
Roche, 2019-da satışlarda yüksək təkrəqəmli artım və satışlara paralel olaraq yüksək mənfəət artımı gözləyir.
Marja