Robotlar insanoğlunu işsizmi qoyacaq? | Banco.az

Robotlar insanoğlunu işsizmi qoyacaq?

The Pew Research Internet Project 2000-ə yaxın mütəxəssisdən məsləhət alaraq apardığı araşdırmada 10 il ərzində robot istifadəsinin işsizliyə necə bir təsiri ola biləcəyinin cavabını axtardı.

Tədqiqatda iştirak edən mütəxəssislərin 48%-i, 2025-ci ildə robot istifadəsinin işsizliyi artıracağını söylədi. Mütəxəssislərin 52%-i isə robotların bir sıra digər sektorlarda iş fürsətləri yaradacağını bildirdi. Google-nin üzərində işlədiyi insansız avtomobil modelini və Amazon-un uzun müddətdə poçt paylanmasını insansız avadanlıqlarla etmək istəməsini nümunə göstərən mütəxəssislər, bu sahələrdə çalışan insanların işlərini itirəcəyini söylədi. 

Ən sərfəli kredit üçün müraciət et

Bu fikri dəstəkləməyən mütəxəssislər isə robotların işğal etdiyi sektorların əvəzinə daha yeni iş sahələri açılacaq və insanların daima işləri olar. Robot texnologiyası nə qədər inkişaf etsə də, əsas olan insandır. Və texnologiyanın istifadəsi bilavasitə insan gücünə bağlıdır.

Günel Abduraxmanova / [email protected]