Robot orta məktəbə qəbul olundu | Banco.az

Robot orta məktəbə qəbul olundu

Danışan robot Pepper rəsmi olaraq orta məktəbə qəbul olunub.

Banco.az AzNews.az-a  istinadən xəbər verir ki, robot Yaponiyanın Vaseda şəhərində Fukusima prefekturasında orta məktəblərin birində təhsil alacaq. Beləliklə, dünyada ilk dəfə kibernetik qurğu uşaqlarla birlikdə təhsilə yiyələnəcək.

Bu hadisəylə əlaqədar məktəbdə qəbul mərasimi keçirilib. Mərasimdə məktəbliləri robotla ünsiyyət şansından maksimal yararlanmağa çağırıblar. Bildiriblər ki, bu, məktəblilərə gələcək həyatlarında lazım olacaq.

Pepper insan məktəbinə qəbul olunacağını heç vaxt düşünmədiyini bildirib və dərslərinə var gücü ilə çalışacağına söz verib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu robot həm yapon, həm də ingilis dilində danışmağı bacarır. Buna görə də, onu əsasən ingilis dili dərslərində istifadə edəcəkləri ehtimal edilir. Pepper “Softbank Corp” mobil rabitə şirkəti tərəfindən hazırlanıb. Bu kimi qurğular hələki daha çox bank və mağazalarda müştərilərə xidmət etmək üçün nəzərdə tutulurlar. Ötən ilin iyun ayında buraxılan və hər biri 1,9 min dollar dəyərində olan 1000 ədədlik ilk Pepper robotları partiyası bir dəqiqə ərzində satılıb. İstehsalçılar bildirirlər ki, robot böyük miqdarda kamera və ötürücülərlə təmin olunub. Bu isə robota demək olar ki, bütün növ insan emosiyalarını müəyyən etməyə imkan verir. Vəziyyətdən asılı olaraq Pepper zarafata gülüşlə cavab verə və ya çətin durumda sahibini təsəlli edə bilər. O həmçinin, şəxsi təhsil bacarığına da malikdir.

Ən sərfəli krediti almaq üçün müraciət et