Robin Şarmadan uğura gedən yol… | Banco.az

Robin Şarmadan uğura gedən yol…

Günümüzdə motivasiya və liderlik sahəsində uğur qazanmış şəxslərdən danışanda ağlımıza gələn ilk insan Şimali Amerikanın tanınmış siması Robin Şarmadır.

Robin Şarma, 1965-ci ildə Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmiş lakin buna baxmayaraq şərq müdrikliyinin  qərb texnologiyası ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir. Robin Şarma hal-hazırda “Şarma-beynəlxalq liderlik”şirkətinin prezidentidir. Hal-hazırda təhsil almaq istəyən bir çox gəncə yardım edir.

Robin Şarmaya görə, insanların çoxu həyatdan nə istədiklərini və buna necə nail ola biləcəklərini bilmir, bunu anlayanda isə artıq gec olur. Necə deyərlər: ”Gənclik deyir,bilsəydim,qocalıq deyir,bacarsaydım.”Atalar əbəs yerə çəkməyib bu misalı.

Əslində vaxt hər birimiz üçün məhduddur. Vaxtın vacibliyini başa düşmək,zamanı qavramaq hər şeydən vacibdir. O, kitablarında və seminarlarında oxucularına zamanın qum kimi barmaqlarımızın arasından süzülüb getdiyini və heç vaxt geri qayıtmayacağı fikrini daima aşılamağa çalışır.

Zamanı idarə etmək, həyatı idarə etməkdir, prinspini öyrənə bilməyən insan heç vaxt nəhəng insan potensialını gerçəkləşdirə bilmir. Görkəmli həyat yaşayanlarla sadəcə axın istiqamətində üzənləri bir-birindən fərqləndirən də məhz vaxtdan necə istifadə etməyimizdir.

Ən sərfəli kredit üçün müraciət et

Vaxtını yaxşı qoru! Unutma ki, o bərpa olunmayan ehtiyatlardandır. Lakin bu o demək deyil ki,vaxtını yalnız işə sərf et və iş xəstəsi ol.Əksinə,zamanı yaxşı planlaşdırmaq sənə xoşuna gələn,sənin üçün həqiqətən mühüm olan şeylərə daha çox vaxt ayırmağa imkan verir.

Həftəni və həyatınızı yaradıcı qaydada planlaşdırın və bu vərdişi özünüzdə tərbiyə edin. Bu, sizin iş həyatınızda da fövqəladə səmərəlilik verəcək.Bu səbəbdən kiçik detallara çox fokuslanmaq vaxt itkisindən başqa savayı bir şey deyil.

Zamansız gördüyümüz işin heç bir faydası yoxdur. O ki qaldı hədəflər və xəyallarımıza:”Xəyallar hədəflərimiz deyil ki, onlara çatmaq üçün dəridən qabıqdan çıxaq. Hədəflərinizə doğru fokuslanın və bu yolda vaxtdan səmərəli şəkildə istifadə edin, Əks halda faydasını görəcək ya da tam əksi zaman sizin əleyhinizə işləyəcəkdir.

 

 

Müəllif: İlahə Cavadova