Robert Zellik: “Azərbaycan bankları yeni kreditlərə ehtiyatla yanaşır ” | Banco.az

Robert Zellik: “Azərbaycan bankları yeni kreditlərə ehtiyatla yanaşır ”

Azərbaycan milli iqtisadiyyatını diversifikasiya etməyə çalışır və bu məqsəd ölkə hökuməti tərəfindən prioritet istiqamət kimi elan edilib.

Bu barədə MBD ölkələrinin VI Bakı Beynəlxalq Bank Konfransında çıxışında «Goldman Sashs International Advisors»un sədri, Dünya Bankın sabiq rəhbəri Robert Zellik bildirib.

R.Zellik bəyan edib ki, böhrandan artıq 5 il keçməsinə baxmayaraq, dünyanın əksər ölkələri iqtisadiyyatının bərpası üzərində çalışır. Azərbaycanda isə hazırda əsas məsələ iqtisadiyyatın şaxələndirilməsidir.

R.Zellik öz çıxışında əsasən dünya iqtisadiyyatında baş verən dəyişikliklər və yaxın gələcək üçün gözlənilən tendensiyalar barədə danışıb. Həmçinin, o, inkişafda olan iri dövlətlərin, ilk növbədə Çin və Hindistanın dünya iqtisadiyyatında və qlobal bazarlarda rolunun artdığını və bunun davam etdiyini bildirib. Bundan əlavə ekspert inkişafda olan ölkələrin ümumi tələbatda payının artdığını və eyni zamanda onların dünya miqyasında investor rolunun gücləndiyini qeyd edib. Eyni zamanda, onun sözlərinə görə, dünya iqtisadiyyatının Avrozonada iqtisadiyyatının bərpası templəri, Almaniya tərəfindən Avropa ölkələrinin dəstəklənməsinin davam edib-etməyəcəyi, maliyyə bazarlarında risklərin idarə edilməsi, dövlətlərin xərclərinin idarə etməsinin təsiri barədə də danışıb.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan haqqında da fikirlərini bildirən R.Zellik qeyd edib ki, burada digər MDB ölkələrdəki kimi əsas problemlərdən biri investisiyaların strukturunda əsasən müəssislərin öz vəsaitlərinin üstünlük təşkil etməsi, kənar maliyyələşmənin isə kiçik paya malik olması ilə bağlıdır. Bundan əlavə, o, kredit sahəsində olan problemləri də qeyd edib və bildirib ki, burada əsas problemlər sırasında banklar tərəfindən yeni kreditlərə ehtiyatla yanaşması, birgə maliyyələşməyə əhəmiyyət verməməsi və yalnız girovla təmin olunmuş kreditlərə üstünlük verməsidir.

lent.az