ROA əmsalı üzrə banklarımızın renkinqi (2018, III rüb) | Banco.az

ROA əmsalı üzrə banklarımızın renkinqi (2018, III rüb)

2018-ci ilin üçüncü rübündə banklarımız bütün hesabatlarını açıqladı, bu isə onların maliyyə əmsallarını rahatlıqla hesablamağa şərait yaradır. İlk əmsalımız Return on Asset adlanan ROA əmsalıdır. Bu əmsal bankların əlindəki olan atkiv maddələri ilə nə qədər mənfəət əldə edə bildiyini, aktivlərindən səmərəli istifadə edib-etməməsini göstərir. Eyni zamanda bu əmsal bankların səhmdarlarının, investorlarının ən çox tələb etdiyi əmsallardandır. Cədvəldən göründüyü kimi, aktivlərindən ən səmərəli istifadə edən bank Beynəlxalq bankdır. Banco.az xəbər verir ki, 20 bankımızda bu göstərici 1%-dən belə aşağıdır.

Banklar

ROA əmsalı

Beynəlxalq Bank

3,84%

Unibankr

2,91%

Bank Silkwayr

2,59%

Kapital Bank

2,06%

AFB bank

1,78%

Naxçıvan bankr

1,08%

NBC Bank

1,08%

Günaybankr

0,75%

Bank BTB

0,72%

Express Bank

0,69%

Paşa Bank

0,65%

YapıKrediBank

0,54%

Bank of Baku

0,43%

Bank Melli İranr

0,37%

ASB Bankr

0,24%

Ziraat Bankr

0,22%

Bank Respublika

0,12%

Muğan Bank

0,12%

Xalq bankr

0,10%

Rabitəbank

0,07%

AzərTürkBank

0,04%

TuranBank

0,01%

Atabankr

-0,01%

AG Bankr

-0,19%

Bank VTBr

-0,33%

Pakistan milli bankı

-0,60%

Bank Avrasiyar

-1,20%

Accessbank

-1,42%

AmrahBank

-4,97%

Nikoil Bankr

-8,4%

Ən sərfəli kredit üçün müraciət et

r - Qeyd edilmiş bankların mənfəət-zərər hesabatlarında ilin əvvəlindən sentyabr ayına qədərki mənfəəti göstərilsə də, rüb mənfəəti nəzərə alınıb.

Xəzər Aslanov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et