Riskli əməliyyat çərçivəsində malların alışı zamanı ƏDV əvəzləşdirilmələri | Banco.az

Riskli əməliyyat çərçivəsində malların alışı zamanı ƏDV əvəzləşdirilmələri

ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicisi riskli vergi ödəyicisindən riskli əməliyyat çərçivəsində Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada sənədləşdirilməklə malların alğı-satqısını həyata keçirib. Malları qəbul edən vergi ödəyicisi malların alışı zamanı Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir. Riskli vergi ödəyicisinin, habelə riskli əməliyyatların meyarları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et