Risklər sizin biznesinizə necə təsir edə bilər? | Banco.az

Risklər sizin biznesinizə necə təsir edə bilər?

Biznes risklərinin müxtəlif növləri vardır. Biznes riskləri daxili və xarici ola bilər. Onlar iş qabiliyyətinə birbaşa və ya dolayısı yolla təsir göstərə bilər. Risklər təhlükə əsaslı (məsələn, kimyəvi dağıntılar), qeyri-müəyyən əsaslı (məsələn, təbii fəlakətlər) və ya imkanlar ilə bağlı ola bilər.

Ümumi risk kateqoriyaları aşağıdakılardır:

  • Təbii fəlakətlər: sel, fırtına, meşə yanğını və quraqlıq;
  • Pandemiya: qrip, donuz qripi və ya quş qripi;
  • Hüquqi: sığorta məsələləri, mübahisələrin həlli, müqavilə pozulması, qaydalara və öhdəliklərə əməl olunmaması;
  • Qlobal hadisələr: pandemiyalar və hava nəqliyyatının hərəkətinin dayandırılması;
  • Texnologiya: kompyuter şəbəkəsi çatışmazlığı və köhnəlmiş avadanlıqların istifadəsi ilə bağlı problemlər;
  • Ekoloji: iqlim dəyişikliyi, kimyəvi axıntılar və çirklənmə;
  • İş yerində sağlamlıq və təhlükəsizlik: material, avadanlıq, və ya iş yerindən qaynaqlanan qəzalar;
  • Əmlak və avadanlıq: təbii fəlakətlər, su borularının partlaması, soyğun, vandalizmin və s. səbəb olduğu zərərlər;
  • Mühafizə: oğurluq, fırıldaqçılıq, əqli mülkiyyət itkisi, terrorizm, qəsb və online təhlükəsizlik və saxtakarlıq;
  • İqtisadi və maliyyə xarakterli: qlobal maliyyə problemləri, faiz dərəcəsinin artımı, pul vəsaitinin çatışmazlığı, müştərilərin ödəməməsi, sürətli artım və artan xərclər;
  • Kadr: sənaye münasibətləri məsələləri, münaqişənin idarə olunması və vakansiyalar doldurulmasında çətinliklər; 
  • Təchizatçılar: məhsul və ya xammal təchizatının təmin olunmaması ilə nəticələnən biznes və ya sənaye daxili məsələlər;
  • Bazar: istehlakçının seçimində dəyişikliklər və artan rəqabət;
  • Kommunal xidmətlər və servis: su, nəqliyyat və telekommunikasiyanın təmin edilməsində uğursuzluqlar və fasilələrin olması.

Ən sərfəli kredit üçün müraciət et

Siz biznesinizə təsir edə biləcək risk növlərini geniş öyrənmək üçün bu siyahıdan başlanğıc nöqtəsi kimi istifadə edə bilərsiniz. Siz burada qeyd olunmayan başqa risk sahələrini də kəşf edə bilərsiniz.

Biznesinizə dolayı risklər:
İnsanlar çox vaxt bizneslərinə birbaşa təsir etməyən şeyləri gözdən qaçırırlar və buna görə də dəyişikliklərlə qarşılaşarkən səhvə yol verirlər. Məsələn, təbii fəlakətlər biznesinizə birbaşa təsir etməsə də, sizin təchizatçılar, müştərilər və ümumi yerinizə təsir edərək sizə ziyan gətirə bilər.

Risklər sizin biznesinizə necə təsir edə bilər?
Sizin təchizatçılarınıza təsir etsə sizin satdığınız məhsullar və ya istehsal üçün lazım olan materiallar tələf ola bilər.

Əgər sizin müştərilərə şəxsən təsir etsə onların prioritetləri dəyişə bilər və sizin məhsullara və xidmətinizə tələbat azala bilər.
Əgər sizin ümumi yerinizə təsir etsə siz və müştərilərinizin sizin binanıza daxil olmağına və sizin xidmət göstərmənizə çətinlik törədə bilər.

Biznesinizdə risklərin idarə olunması
Risklərin müəyyənləşdirilməsi prosesi, risklərin qiymətləndirilməsi və risklərin idarə edilməsi strategiyaları birlikdə risklərin idarə edilməsi hesab olunur. Risklərin idarə edilməsi planı biznesiniz üçün potensial riskləri anlamağa və onları azaltmaq yollarını müəyyənləşdirməyə və ya təsirlərini aradan qaldırmağa kömək edən əsas vasitədir.

kayzen.az