Ripple və Ethereum Bitcoin-i keçə biləcəkmi? | Banco.az

Ripple və Ethereum Bitcoin-i keçə biləcəkmi?

Bitcoin kriptovalyuta dünyasının vahid lideridir. Ripple və Ethereum ona heç vaxt çata bilməyəcək?

Küçədən keçən sıravi bir insana kriptovalyutalar haqda sual versək, ağlına ilk olaraq Bitcoin gələcək. Bunun da konkret səbəbləri var. Bitcoin ilk və ən böyük kriptovalyutadır. Bazarın 37%-ni təşkil edir.

Bitcoin-in cari bazar dəyəri təxminən 158 milyard dollardır. Bitcoin-in iki əsas rəqibindən biri Ethereum-un bazar dəyəri isə 65 milyard dollardır. Ripple-da bu göstərici 33 milyard dollara bərabərdir.

Ethereum və ya Ripple-ın Bitcoin-i keçməsi üçün uzun müddət böyük qiymət artımları yaşamaları lazımdır. Digits.io-nun CEO-su Ben Vey bunları deyib:

“Bitcoin-i arxada qoymaq üçün davamlı yüksələn qiymət qrafikinə nail olmaq gərəkdir. Bazarlar həmişə rasional olaraq hərəkət etmir. İndi Bitcoin qızılla bərabərdir. Çünki hər kəsin tanıdığı kriptovalyutadır”.

Başqa bir yanaşmaya görə Bitcoin və kriptovalyuta anlayışı eyni mənanı verir. Yəni, Bitcoin dominant markadır. Ethereum və ya Ripple-ın tezliklə bu səviyyəyə çatması inandırıcı görünmür. “CrowdFundX”-in CEO-su Darren Merbl bunu belə izah edib:

“Ethereum və ya Ripple-ın Bitcoin-i keçəcəyini düşünmürəm. Bitcoin əsas markadır, xəbərlərin çoxu onunla bağlıdır. Bazarın da adı məhz onunla bağlıdır”.

Hər şeyi Bitcoin başlatdı

Rewards.com-un marketinq şöbəsinin müdir müavini Mişel Şephard Bitcoin-in uzun müddət liderliyini davam etdirəcəyini bildirib. O, “Bitcoin pulsuz marketinq və marka gücünün üstünlüklərindən faydalanır. Bitcoin-i liderlikdən endirilməsi üçün mövcud ödəniş variantları ilə şəffaf şəkildə inteqrasiya etmək lazımdır”, – deyə vurğulayıb.

“Blue Chip Vision”-ın baş direktoru Robert Mastersin fikrincə, Ethereum və ya Ripple-ın Bitcoin-i keçə bilməsinin bir yolu var:

“Əgər gələcəkdə protokol yenilikləri edilsə və önəmli şəxslər bu kriptovalyutaları almağa davam etsələr, ETH və XRP-nin uzaq gələcəkdə BTC-ni keçmək şansları var”.

Ancaq bunun yaxn vaxtda baş verəcəyi gözlənilmir. Yəni, hələ Bitcoin öz liderliyini qoruyacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et