Ripple-ın CEO-su Bitcoin-i nəyə bənzətdi? | Banco.az

Ripple-ın CEO-su Bitcoin-i nəyə bənzətdi?

Ripple-ın CEO-su Bred Qarlinqhaus verdiyi açıqlamada kriptovalyutalaın dünya bankçılığındakı problemləri həll etdiklərini və həvalə əməliyyatlarını daha asan hala gətirdiklərini söyləyib.

Qarlinqhaus gələcək nəslin Blockchain texnologiyası üzərində qurulmuş bu sistemləri daha da inkişaf etdirəcəyini ifadə edib. O, eyni zamanda Bitcoin-in “rəqəmsal aktivlərin Napster”-i olduğunu qeyd edib.

Bəziləri Ripple ilə Bitcoin-i müqayisə edir və onlardan hansının daha yaxşı ödəniş vasitəsi olduğunu müəyyənləşdirməyə çalışır. Qarlinqhaus Bitcoin-i şəxsdən-şəxsə fayl paylaşım xidməti təqdim edən “Napster”-ə bənzədib. “Napster” öz dövrü üçün inqilab yaratmışdı, lakin bazarda yerini qoruya bilmədi.

O, Sinqapurda təşkil olunan “Millenium 2020” konfransına qatılmadan əvvəl “Bloomberg Asia”-ya bunları danışıb:

“Keçmişə nəzər salsaq, deyə bilərik ki, Bitcoin rəqəmsal varlıqların “Napster”-idir. “Napster” musiqini rəqəmsal mühitə daşıyan və ciddi nəticələr qazanan ilk proqram idi. Amma sonradan müəllif hüquqlarını pozmağa başladı və uğursuzluğa düçar oldu. Lakin “Spotify”, “iTunes” və “Pandora” uğurlu oldu.

Bəlkə də gələcəkdəki rəqəmsal varlıqlar Bitcoin-in həll etmək istədiyi problemləri həll etməyi bacaracaqlar”.

Əslinə baxsaq, Bitcoin ilə “Napster” arasında bəzi oxşarlıqlar var. Bitcoin də “Napster” kimi qanuni olaraq “təşkil edilmiş” sistemi dəyişdirməyə çalışır. Ancaq Bitcoin-in müəyyən səbəblərə görə bazarda qalmağı bacarmayan “Napster” kimi olacağını deyə bilmərik.

Kriptovalyutaların, xüsusilə də Ripple-ın tam olaraq nə kimi bir problemi həll etdiklərindən bəhs edən Qarlinqhaus bunları bildirib:

“Əgər bu gün Singapurdan Kaliforniyaya 10 min dollar göndərmək istəsəniz, bunun üçün ən sürətli üsul pulları təyyarə ilə göndərməkdir. İnternet dövründə belə bir şeyin olması qəribədir. Müştərilərimiz həqiqi problemi həll etdiyimiz üçün artır. Ödəniş müddətini günlərdən saniyələrədək azaltmışıq.

Hələ bu işdə yeniyik. Marafonun əvvəlində olsaq da, başlanğıc xəttini keçmişik”.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az