Reytinqini "mənfi"-yə dəyişdilər | Banco.az

Reytinqini "mənfi"-yə dəyişdilər

“Fitch” – beynəlxalq reytinq agentliyi Yunanıstanın uzunmüddətli kredit reytinqini milli və xarici valyutada “CCC”-dən “CC”-yə qədər azaldıb.

Bu barədə Banco agentliyin açıqlamasına istinadən xəbər verir. Reytinqin dəyişməsi üzrə proqnoz isə “mənfi” olub.

Ən sərfəli kredit üçün müraciət et

Bu arada Yunanıstanın Beynəlxalq Valyuta Fonduna olan 1,5 milyard avro borcunu ödəmədiyi də məlum olub. Borcun qaytarılması üçün bu ölkəyə verilmiş möhlət ötən gün başa çatıb. BVF isə bəyan edib ki, rəsmi Afina borcu ödəməyənə qədər ona yardım edilməyəcək.

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et