Reyting agentliyi: Venesuelanı defolt gözləyir | Banco.az

Reyting agentliyi: Venesuelanı defolt gözləyir

"Fitch" Beynəlxalq Reytinq Agentliyi Venesuelanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "CCC" səviyyəsindən "CC"yə endirib. 

TASS agentliyinə istinadən xəbər verilir ki, agentlik yaydığı açıqlamada Venesuelanın defolt olacağını da istisna etməyib.

"Fitch" Venesuelanın qısamüddətli yerli və xarici valyutada kredit reytinqini "C" səviyyəsində təsdiqləyib. Agentlik bildirib ki, ABŞ-ın 2017-ci il avqustun 25-dən Venesuelaya tətbiq etdiyi sanksiyalardan sonra ölkənin maliyyələşmə imkanları azalıb, bu da öz növbəsində müflisləşmə riskini artırıb. Həmçinin agentlik ölkənin qızıl-valyuta ehtiyatlarınının azalması səbəbindən borc öhdəliklərini zamanında yerinə yetirə bilməyəcəyini də istisna etmir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda Venesuelada dolların rəsmi məzənnəsi 9,98 bolivar, "qara bazar"da isə 17 663 bolivar təşkil edir. Yəni "qara bazar"ın məzənnəsi rəsmi məzənnəni 1 770 dəfə üstələyir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et