"Rəvan Sığorta" 2017-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
Sözügedən dövrə, şirkətin cəmi aktivləri 14,229 mln. manat təşkil edib. Bu isə 2016-cı ilin son göstəricisi ilə müqayisədə 12,4% azdır. Aktivlərin 6,260 mln. manatını uzunmüddətli aktivlər, 7,969 mln. manatını isə qısamüddətli aktivlər təşkil edib.
Sığorta şirkətinin cəmi öhdəlikləri də 2,683 mln. manatdan 1,729 mln. manata düşüb.
"Rəvan Sığorta"nın kapitalında da azalma müşahidə olunub. Belə ki, şirkətin kapitalı 1 il ərzində 8% azalaraq 12,499 mln. manat olub. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 8,900 mln. manat təşkil edir.
Sığorta şirkəti hesabat ilini zərərlə başa vurub.
Ötən ilin sonunda cəmi gəlirləri 2,135 mln. manat, cəmi xərcləri 3,177 mln. manat olan "Rəvan Sığorta", ili 1,041 mln. manat zərərlə başa vurub.