Restrukturizasiya nədir və hansı hallarda tələb olunur | Banco.az

Restrukturizasiya nədir və hansı hallarda tələb olunur

Kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi – “restrukturizasiya” sözü özündə məhz bu mahiyyəti daşıyır. Amma siz yalnız müəyyən şərtlər daxilində restrukturizasiyaya ümid ola bilərsiniz.

Azərbaycan bankçılığında və müasir bank terminologiyasında daha çox rast gəldiyimiz ifadə isə kreditin yenidən  maliyyələşdirilməsidir.

Kreditin restrukturlaşması özlüyündə kreditin qapanması müddətinin artırılmasını nəzərdə tutur, bu isə borcalan üçün aylıq ödənişlərin azalması deməkdir. Həmçinin kredit tətilləri deyilən anlayış da vardır ki, bu zaman müştəri yalnız borca görə faizləri ödəyir və əsas məbləğ olduğu kimi qalır. Yəni kreditin əsas məbləğinin ödənişi müəyyən, razılaşdırılmış müddətə təxirə salınır. Siz bu maliyyə alətindən yalnız çətin maddi problemlərlə üzləşdikdə və bu səbəbdən də kreditə görə aylıq ödənişləri tam şəkildə həyata keçirə bilmədikdə istifadə edə bilərsiniz.

Yaxşı olar ki, kredit üzrə aylıq ödənişlər gecikdirmə ehtimalı ortaya çıxan kimi gecikməyə yol vermədən kreditin restrukturizasiyası üçün banka dərhal müraciət edəsiniz. Bu zaman möcüzəyə ümid olub, maliyyə durumunuzun öz-özünə düzələcəyini gözləməyə dəyməz. Borcun yenidən strukturlaşması haqqında filial müdirinin və ya idarə heyətinin sədrinin adına ərizə yazmaq daha yaxşıdır. Əgər ləngisəniz, ödənişləri gecikdirdiyinizə görə cərimə və penyalar hesabına daha böyük borc xəndəyinə düşə bilərsiniz.

Kimlər restrukturizasiyadan yararlana bilər?

Ən sərfəli kredit üçün müraciət et

Bank qarşısındakı borc öhdəliyini yalnız ciddi maliyyə və ya həyatı çətinliklərlə üzləşmiş insanlara yenidən strukturlaşdırmağa icazə verirlər. Məsələn, insan ciddi xəstəlik keçirmişsə, yaxın adamını itirmişsə, onu işdən xaric etmiş və ya ixtisar etmişlərsə, əməkhaqqısı azalmışsa və s

Həmçinin, bütün bu problemlər müvəqqəti xarakter daşımalıdır. Kreditor əmin olmalıdır ki, onun müştərisi öz öhdəliklərindən imtina etməyəcək və gələcəkdə borcu bütünlüklə geri qaytara biləcək. 

Restrukturizasiyaya necə nail olmaq olar?

Əgər siz həqiqətən də hesablarının öhdəsindən gələ bilmədiyinizin sübutlarını əks etdirən dəlilləri banka təqdim etməsəniz, heç bir bank sizə güzəştə getməyəcək. Ona görə də yenidən strukturlaşdırma haqqında ərizə yazanda sizin ödəniş qabiliyyətinizə təsir göstərən bütün x;rdalıqları əhatə etmək lazımdır, hadisəni təfərrüatı ilə izah etmək gərəkdir.

Həmçinin ərizəyə mövcud vəziyyəti təsdiq edən sənədləri də əlavə etmək gərəkdir: məşğulluq idarəsindən ərizə, işdən çıxarılmaq haqqında bildiriş, gəlirlərin azalması ilə bağlı arayış, xəstəxanadan arayış və s.

Əgər heç nəyə baxmayaraq bank sizin krediti yenidən strukturlaşdırmaqdan imtina edirsə, onda yenə də üzülməyə dəyməz. Siz başqa bir banka yenidən maliyyələşmə krediti üçün müraciət edə bilərsiniz.
Könül Soltanova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et