Rəsmi məşğulluğun təşviqində icbari tibbi sığortanın rolu | Banco.az

Rəsmi məşğulluğun təşviqində icbari tibbi sığortanın rolu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüşdə qeyd edilib ki, gələn ildən bütün ölkədə tətbiq olunacaq icbari tibbi sığorta sistemi qeyri-rəsmi məşğulluğun azaldılmasına ciddi təsir edəcək. 

Görüş zamanı Prezident İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın 1.6-cı bəndinə uyğun olaraq, qeyri-formal məşğulluğun qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından effektiv istifadə məsələləri müzakirə edilib. Bildirilib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı beynəlxalq təcrübədən istifadə olunmaqla qanunvericilik aktlarına dəyişikliklər layihəsi hazırlanır və 2020-ci ildən respublikada tətbiq ediləcək icbari tibbi sığorta rəsmi məşğulluğun təşviqində mühüm rol oynayacaq. Agentliyin nümayəndələri qeyri-formal məşğulluğun qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından istifadə məqsədilə görüləcək tədbirlərin effektli təşkili baxımından iki qurum arasında fəal əməkdaşlığın önəmini qeyd ediblər. 

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az