Rəqəmsallaşan Dünyada Evdən Necə Çalışaq? | Banco.az

Rəqəmsallaşan Dünyada Evdən Necə Çalışaq?

Covid – 19 virusunun bir çox sahələrə təsiri bundan sonrakı dövrdə də davam edəcəkdir. Bu sahələrin başında iş dünyası, yəni biznes gəlir.

Mövcud vəziyyətdə biznes proseslərini rəqəmsallaşdıran, bulud texnologiyalarına keçid edən, əməkdaşlarına məkandan asılı olmayaraq onlayn çalışma sahəsi yaradan qurumlar mövcud vəziyyətdən ən az mənfi təsirlə çıxan təşkilatlar olacaqlar. Zamanında texnologiyaya edilən investisyaların bir anda geri dönüş etdiyi bir dövrdə yaşayırıq. Bu dövr bizə onu göstərdi ki, ölkədə rəqəmsallaşdığını iddia edən bir çox təşkilatlar hələ də tam rəqəmsallaşa bilməyiblər.

Gələcəkdə də indiki dövr kimi oxşar risklərin ola bilməsi qaçınılmazdır, bütün bunları hesablayaraq gələcəyə indidən hazır olmaq üçün təşkilatlar tərəfindən biznes proseslərinin tamamilə avtomatlaşdırılması, təklif olunan xidmətlərin və məhsulların maksimum dərəcədə rəqəmsallaşdırılması vacibdir.

Ölkədə bütün sektorları əhatə edəcək yeni innovativ texnologiyalarla startupları birləşdirəcək bir ekosistemə ciddi ehtiyac vardır. Ölkədə fəaliyyət göstərən və gələcəkdə fəaliyyət göstərəcək bu tipli mərkəzlərə xarici və yerli investor cəlblərinə ciddi bir tələb vardır.

Bir təşkilat üçün texnologiya

Uzaqdan əlçatan xüsusi səlahiyyət matrislərinin hazırlanması – onlayn üzərindən təqdimat edənlərə, data baza və sənədlər dosyesinin əməkdaşlar üçün əlaçatan edilməsi çox vacib əhəmiyyət daşıyır.

Buludda olmayan lokal qaynaqlara uzaqdan müdaxilə üçün VPN seçiminin edilməsi - Bir çox təşkilat hal – hazırda VPN həlli ilə zatən iş görürlər, lakin VPN istəyən firmalar məsləhət istəyərlərsə https://www.get-express-vpn.com tövsiyyə edə bilərəm.

Xaker hücumlarından müdafiə - bir çox şəxs evdən bağlandığı üçün xüsusi xaker hücumlarına məruz qala bilər. Bunun qarşısının alınması üçün təşkilatların İT mütəxəssisləri olduqca diqqətli olmalı, xüsusi həllər tətbiq etməli, yerli və ya xarici İT təşkilatlarından konsultasiya almalıdırlar.

Kəsintisiz əlaqə və iclaslar üçün təşkilati daxili bir platforma seçilməlidir - Microsoft firması Teams yazılımını COVİD – 19 xəstəliyi müddətində ödənişsiz etmişdir. Teams ilə görüntülü iclaslar, ortaq söhbətlər, ortaq sənədlər üzrə birgə çalışmalar edə bilərsiniz. Teams istifadə rəhbəri ilə tanış olmaq üçün https://www.Bit.ly/2Ui5dXK ünvanına daxil olaraq baxa bilərsiniz. Əlavə olaraq Google da Hangouts Meet məhsulunu da karanti müddətində ödənişsiz şəkildə istifadəçilərinə təklif edir https://www.bit.ly/33HfnnA  adresinə daxil olaraq baxa bilərsiniz. Bunlardan başqa Zoom tətbiqi də 40 dəq və 8 nəfərlə eyni anda ödənişsiz ünsiyyət qurmaq, toplantı keçirmək imkanı verir. https://www.zoom.us/

Hər kəsin evinə qapandığı bu dönəmdə agentlik, turizm şirkətləri və müştəri ilə birbaşa ünsiyyətdə olan təşkilatların əməkdaşları üçün vebinarlar çox vacib əhəmiyyət daşımaqdadır. Bir çox insanın iştirak edə biləcəyi vebinarlar üçün Sizlərə aşağıdakı linkləri tövsiyyə edə bilərəm:

Ən sərfəli kredit üçün müraciət et

Evdə Necə Effektiv Çalışım?

Hər nə qədər COVİD – 19 virusu bizi narahat etsə də onun yaratdığı bu yeni dünyaya özümüzü hazırlamalı və maksimum sürətli adaptasiya olmalıyıq. Əks halda ciddi çətinlik və sıxıntılar bizi gözləyəcəkdir. Evdə oturan zaman müəyyən müddət bir insanda qeyri-müəyyən bir tənbəllik meydana gəlir, bütün bu qeyd olunanların qaşısının alınması və iş effektivliyimizi itirməmək üçün müəyyən qaydalara riayət etməliyik!

Nizamlı çalışmaq üçün saatlar müəyyənləşdirin –Özünüz üçün bir çalışma proqramı yazın və ona sadiq qalın. Proqram Sizə iş və yaşam nizamını əldə etməyə imkan verəcəkdir. RescueTime proqram tətbiqləri proqramınıza bağlı olub olmadığınıza nəzarət etməyə Sizə imkan verəcəkdir. Ayrıca tətbiq günün hansı saatlarında daha məhsuldar olduğunuzu da göstərir.

Əhatənizdəki insanlar üçün xüsusi qaydalar müəyyənləşdirin - Məsələn, iş üçün çalışdığınız zaman uşaq otağı girərsə onunla necə davranılacağını öncədən müəyyənləşdirmək və bu işdə ailə üzvlərinin dəstəyini almaq vacibdir.

Motivasiyanızı artıracaq bir şey müəyyənləşdirin – Məsələn, Sizi çalışmağa təşviq edəcək bir səhər kofesi ola bilər. Səhər işə başlamamışdan öncə özünüz üçün bir kofe dəmləyin və çalışma masanızın üzərinə qoyun.

İşinizə fasilə verin – ortalama fasilə müddətiniz  maksimum 60 dəqiqə təşki etsin. Kompüterdən bu müddətdə uzaqlaşmaq üçün MAC kompüter sahibləri TimeOut və Windows kompüter sahibləri isə SmartBreak kimi tətbiqlərindən istifadə edə bilərlər və ya fasilə zamanı ekranda sadə bir saat və ya dəqiqəölçən fəaliyyətə başlaya bilər.

İş Yoldaşlarınızla Sosiallaşın – bu necə baş verə bilər? Xüsusi whatsup qruplar yaradaraq orada fərqli mövzular üzrə fikir alış verişi edə bilərsiniz.

İcra ediləcək işləri siyahılaşdırın – bunun üçün beyninizi məlumatlarla yükləməyin. Microsofr To Do tətbiqi ilə not alın. Siyahıdakı öhdəlikləri icra etdikcə üzərini xəttləmək Sizi ayrıca motivə edəcəkdir.

Məqalə hazırlanarkən icazələri alınaraq Türkiyənin İnsurtech Hub mənbələrinin bəzi məlumatlarından istifadə edilmişdir.

Camid Mövsümov (Biznes konsultant)

Ən sərfəli krediti almaq üçün müraciət et