Rəqəmsal türk lirəsi ilə ilk ödəniş həyata keçirilib | Banco.az

Rəqəmsal türk lirəsi ilə ilk ödəniş həyata keçirilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rəqəmsal TL şəbəkəsində ilk ödəniş uğurla həyata keçirilib.

Banco.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) bəyanat yayıb.

Mərkəzi bank Türk Lirəsi Layihəsinin birinci mərhələsi çərçivəsində Rəqəmsal Türk Lirəsi Şəbəkəsində ilk ödəniş əməliyyatlarının uğurla həyata keçirildiyini açıqlayıb.

Həmçinin bildirilib ki, TCMB texnologiya paydaşları ilə həyata keçirdiyi dar və qapalı dövrə pilot sınaqlarını 2023-cü ilin birinci rübündə də davam etdirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et