Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı direktoru Kristin Laqard, rəqəmsal (digital) pullar kimi maliyyə texnologiyalarının bank sistemini sarsıtdığını və sabitliyin davam etdirilməsi üçün nəzarət edilməsi (tənzimlənməsi) lazım olduğunu bildirib.
Laqard, CNBC-yə verdiyi müsahibəsində kriptovalyutalar kimi yeniliklərin maliyyə sektoru üzərindəki qabarıq təsirinə sübut olaraq kommersiya bankların dəyişən biznes modellərini göstərib.
"Məncə, rəqəmsal, kripto ya da adına nə deyirsiniz-deyin blokçeyn texnologiyası istifadə edən hər şey sistemi sarsıdır", - deyən BVF sədri, maliyyə sektorunda bu cür dəyişikliklərin tənzimlənərək (nəzarət) irəliləməsi lazım olduğu barədə xəbərdarlıq edib.
Laqard, "Sabitliyi itirməyimizə səbəb olacaq, sistemi çox sarsıdan innovasiya istəmirik",- deyib.
Marja