Rəqəmsal iqtisadiyyat hansı riskləri yaradır? | Banco.az

Rəqəmsal iqtisadiyyat hansı riskləri yaradır?

“Bu gün rəqəmsal iqtisadiyyatın inkişafı dünya miqyasında  trend təşkil edir. Rəqəmsal iqtisadiyyat iqtisadi inkişafa çox böyük imkanlar yaradır. Lakin rəqəmsal iqtisadiyyatın müəyyən çağırışlar və riskləri də  mövcuddur. Onların da nəzərə alınmasına ehtiyac var. Çağırışlar və risklər dedikdə isə ilk növbədə kiber cinayətlərdən danışmaq lazımdır. Həmçinin  yalnız bizim ölkədə deyil bir neçə dövlətdə rəqəmsal iqtisadiyyat bütövlükdə qanunvericilikdən öndə gedir”.

Bunu açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov deyib. 

Elşad Məmmədov bildirib ki, qanunvericilik bazasını rəqəmsal iqtisadiyyata uyğunlaşdırmaq lazımdır: “Bu məqam bir çox ölkələrdə, eləcə də Azərbaycanda təəssüf ki, çətinlik yaradır. Qanunlarda nəzərdə tutulmayan istiqamətlər üzrə rəqəmsal xidmətlərin göstərilməsi müəyyən problemlərin yaradılmasına gətirib çıxarır. Eyni zamanda, rəqəmsallaşma sosial baxımından da müəyyən problemlər yaradır. Məsələn, bir neçə istiqamət  və peşələr bütövlükdə aktuallıq baxımından bazardan çıxarılır. Bu da iş yerlərinin bağlanması və müəyyən sosial problemlər deməkdir. Rəqəmsal iqtisadiyyatın daha bir riski insanların şəxsi həyatının nəzarətə götürülməsidir. Rəqəmsallaşma şirkətlərə, operatorlara, dövlətlərə insanların xərcləri ilə bağlı, eləcə də hansısa bir şəxsi məlumatların əldə olunması baxımından imkanlar açır. Məncə, burada dövlət mütləq şəkildə müdaxilə edib, bu kimi halların qarşısını almalıdır. Qeyd etdiyim problemlərin aradan qaldırılması mümkün olduğu halda, rəqəmsallaşma iqtisadi inkişafa böyük təkan verəcək”.

Ən sərfəli kredit üçün müraciət et

“İqtisadi idarəetmədə yol verilən boşluqlar, nöqsan və problemlər bir çox hallarda ölkə üçün rəqəmsallaşmanın problemlərindən daha böyük problem yaradır. Vurğuladığım məqamla bağlı dövlət effektiv tədbirlər görə bilsə, rəqəmsallaşma milli iqtisadiyyatımız üçün böyük faydalar verə bilər”, – deyə iqtisadçı mütəxəssisi əlavə edib.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et