“Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans keçirilib | Banco.az

“Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans keçirilib

Londonda fəaliyyət göstərən BL Network şirkətinin təşəbbüsü ilə Bakıda “Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans keçirilib.

Konfransın məqsədi gəncləri Azərbaycanda və dünyada rəqəmsal ekosistem barədə məlumatlandırmaq, startapa necə başlamalı və maliyyə mənbələrinə çıxış yolları barədə həm praktik, həm də nəzəri cəhətdən bilikləri çatdırmaq olub. Xüsusən də, konfransda iştirak edən gənclərin kraudfandinq, kraudinvestinq, toxum investor, vençur kapital və mələk investorlarla bağlı bilik və bacarıqlarının artırlması  hədəflənib.

Konfransda açılış nitqi ilə BL Network şirkətinin təmsilçiləri Şirinnaz Əmirova (UCL,London), Moldir Nurtayeva (UCL,London) və Zining Li (LSE, London) çıxış ediblər.

Konfrans müddətində gənc iştirakçılar yeni maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və smart müqavilə kimi yeniliklər, habelə rəqəmsal marketinq və satışın optimallaşdırılması mövzularında peşəkarlardan məlumatlar əldə ediblər. İştirakçılar həmçinin rəqəmsal imkanlardan istifadə edərək özünüməşğulluğu təmin etmək üçün həllərlə tanış olublar. Seminarda inkubasiya və akselerasiya prosesindən keçmək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaratdığı EnterpriseAzerbaijan.com portalının imkanları da təqdim olunub. 

Ən sərfəli kredit üçün müraciət et

Seminarın sonunda gənc iştirakçıların yaratdıqları komandaların startap ideyalarının təqdimatı keçirilib. Starapçılar BL Network tərəfindən təqdim olunan sertifikatlarla mükafatlandırılıblar. 

Seminarın əsas spikerləri Rusiya elektron pul və pul köçürmələri assosiasiyasının prezidenti Viktor Dostoy, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya nazirliyinin idarə rəisi Rəşad Əzizov, KPMG –nin meneceri Seymur Niftəliyev, Golden Pay portalının yaradcısı və rəhbəri Fərid İsmayılzadə, Deloitte Azərbaycanın nümayəndəsi Mehdi Eyvazlı, Azexport portalının rəhbəri Zaur Qardaşov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Azər Bayramov, «Microsoft Azərbaycan»ın meneceri Qaçay Mirzəyev, PwC-nun baş meneceri Otabek Sidikov, "Visa" şirkətinin Azərbaycanda biznesin inkişafı üzrə meneceri Nurlan Hacıyev, ABAD-ın şöbə müdiri Turanə Qasımova, enterpriseAzerbaijan.com portalının meneceri Aytən Məmmədova, “Orkhanway Coaching”-in təsisçisi Orxan Şahbazov olub.

Qeyd edək ki, “Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyilə baş tutub. Kənfransın təşkilatçısı “BL Network” Londonda əsasən, investisiya, bankçılıq, maliyyə, siyasət, hüquq, elm və fəlsəfə ilə bağl mövzuları ətrafında beynəlxalq tələbələr və mütəxəssislər qrupu tərəfindən idarə olunur. Qurumun məqsədi gənc istedadlı nəslin peşəkar həyatına müsbət təsir göstərilməsini təmin etmək, həmçinin davranış zəncirini yaratmaq və onların beynəlxalq səviyyədə uğurlu olmasını təmin etmək üçün əlaqələri qurmaqdan ibarətdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et