Rəqəmsal dünya "BMW"nin yeni konseptli avtomobili ilə zənginləşdi | Banco.az

Rəqəmsal dünya "BMW"nin yeni konseptli avtomobili ilə zənginləşdi

Müəllif - Aida İsaq, Banco.az

CES 2023 texnologiya sərgisində "i Vision" konseptli avtomobil seriyasına ən son əlavə olunan "BMW i Vision Dee" modeli təqdim edilib. Qeyd edək ki, Dee (“Digital Emotional Experience”) sözü "Rəqəmsal Emosional Təcrübə" ifadəsinin abbreviaturasıdır.

Banco.az xəbər verir ki, "BMW Design Group"un baş icraçı direktoru Adrian van Hooydonkun sözlərinə görə, “i Vision Dee” modeli bir avtomobilin rəqəmsal həyata mükəmməl formada inteqrasiyasını özündə ehtiva edir. O, avtomobilin rəqəmsal dünyaya açılan qapı olacağını vurğulayaraq nəzarətin daim istifadəçinin idarəsindən asılı olacağını bildirib. Şirkət rəhbəri düzgün tətbiq edildikdə, texnologiyanın bənzərsiz təcrübələr qazandırdığını, daha yaxşı sürücü olmağı stimullaşdırdığını, insanları və maşınları bir-birinə daha da yaxınlaşdırdığını vurğulayıb.

Sürücülərin yaxınlaşdığını aşkar etdikdə "BMW i Vision Dee" qrafika, işıq və səs effektləri ilə reaksiya verəcək. Bundan əlavə, sürücülər şifahi əmrlər vasitəsilə avtomobillərini idarə edə biləcəklər. Avtomobilin radiatoru rəqəmsallaşdırıldığı üçün burada rəqəmsal ikonları da görmək mümkün olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "BMW"nin 2025-ci ildə təqdim edəcəyi "Neue Klasse" avtomobillərinin "Dee"dən ilham alacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et